Naz il gül-文本歌词

Naz il gül-文本歌词

Daqn Kürayl
发行日期:

Gözəlim, el duyar axır mənə az qaş-göz elə , Birdə aldanmaram ölsəmdə vəfasız gözələ . Alacaqsan bilirəm canımı sən min naz ilə , Çox gecikdirmə gülüm hər nə bilirsən tez elə . Çıx çəmən seyrinə bülbüllər ölür dərdindən , Xəstə aşiqlərinin ruhunu güldür təzələ . Naz ilə gül bizim ellərdə də güllər gülsün , Solğun əğyarın açılmış gülü dönsün xəzələ . Bu gözəl ölkə yetirmiş bu məlahətdə səni , Hər pəriçün bu səadət bunu bil düşməz ələ . İnciyib məndən eşitdim o gözəllər gözəli , Aramız bəlkə bu günlərdə güman var düzələ . Dəli ceyran kimi naz ilə o süzgün baxışın , Vahidin sövqünü artırdı bu şirin qəzələ ...