Sən mənim ey ləbicanbəxş ki cananimsan Sənə qurban nə deyim canı ki sən canımsan Neylirəm sərv güli gülşəni ey laləüzar Sən mənin sərv güli sünbüli reyhanimsan Mən sənə aşiqəm, sən də, ey gözəl, İnsafa-mürvətə gələsən gərək. Həsrətin ağladır mən aşiqini, Axan göz yaşımı siləsən gərək. Sevirsənsə məni təmiz qəlblə İncitmə qəlbimi, bir az yaxın gəl. Sevdiyin oğlanı ağladıb əvvəl Sonradan birlikdə güləsən gərək. Mən ki mənasını bilirəm eşqin, Onun varlığına əmin ol, əmin. Sinəmdə boy atan məhəbbətinin Adını özündən biləsən gərək.