Unuda Bilmirm-文本歌词

Unuda Bilmirm-文本歌词

Nicat Cfrzad
发行日期:

Ayrı saldım özüm səni

Yaraladı sözüm səni

Hey axtarır gözüm səni

Səni unuda bilmirəm

Yollar yalqız, küçə sənsiz

Gündüz qəmli, gecə sənsiz

Dözüm necə, necə sənsiz?

Səni unuda bilmirəm

Dözüm necə, necə sənsiz?

Səni unuda bilmirəm

Mən baharam, tər gülümsən

Ayım, günüm, hər ilimsən

Bir dənizəm, sahilimsən

Səni unuda bilmirəm

Dözüm necə, necə sənsiz?

Səni unuda bilmirəm

Dözüm necə, necə sənsiz?

Səni unuda bilmirəm

Gözümdə nəm, göydə bulud

Könlüm sənsiz inləyən ud

Aləm desə, unut, unut

Səni unuda bilmirəm

Gəlib bir gün yanaş mənə

Hər dərdini danış mənə

Yad gəlir dost-tanış mənə

Səni unuda bilmirəm

Yad gəlir dost-tanış mənə

Səni unuda bilmirəm

Aylar, illər ötüşsə də

Gənclik məndən gen düşsə də

Saçlarıma dən düşsə də

Səni unuda bilmirəm

Dözüm necə, necə sənsiz?

Səni unuda bilmirəm

Dözüm necə, necə sənsiz?

Səni unuda bilmirəm

Səni unuda bilmirəm

Səni unuda bilmirəm