Ay saçı burma uzaqda durma
Gəl ay sevgilim boynunu burma
Dağda duman yeri var , qaşda kaman yeri var
Yarım məndən inciyibdir dinib danışmayır
Uman yeri var
Uman yeri var dinib danışmayır uman yeri var
Yarım məndən inciyib dinib danışmayır
Uman yeri var
Güllü yazımsan , xoş avazımsan
Şirin nəğməli telli sazımsan
Gəl ay gülüm barışaq , deyək gülək danışaq
Bizə bu küsmək yaraşmır gəl ay sevgilim , dur gəl barışaq
Gəl gəl barışaq , dur gəl barışaq