Bakmdr-文本歌词

Bakmdr-文本歌词

Fxri Kazm - Nicat
发行日期:

Dünən vardı, bu gün də var

Həmişə yaşar şəhərim

O yaşadıqca mən də varam

Odur mənim gözəlim

Onun işığı, onun havası

Həyatıma rəng qatar

Sevən ürəyim rahatlığı

Əziz şəhərdə tapar

Hara gedərəm, gözüm gəzər

Doğma mənzərəsini

Ayın işığı möcüzətək

Bəzər gecələrini

Elə bilirəm, sirdaşımdır

Qardaşımdır, canımdır

Bu dünyada əzəl-axır

İlk və son ünvanımdır

Uca binası, Qız qalası

Bir-biri ilə üzbəüz

Yaşlı-cavan küçələri

Ayna kimi tərtəmiz

Hara baxıram, o, yaraşıqdır

O, gur işıqdır, Bakımdır

Sabaha baxan tariximdir

Yaddaşımdır, Bakımdır

Hara baxıram, o, yaraşıqdır

O, gur işıqdır, Bakımdır

Sabaha baxan tariximdir

Yaddaşımdır, Bakımdır

Alov qüllələrindədir

Bu torpağın atəşi

Göyə ucalan bayrağımı

Salamlayır günəşi

Ana Xəzərin qucağında

Hürri cəvahir Bakı

Şüşəli göydələnləri ilə

Qədim-müasir Bakı

Hara gedərəm, gözüm gəzər

Doğma mənzərəsini

Ayın işığı möcüzətək

Bəzər gecələrini

Elə bilirəm, sirdaşımdır

Qardaşımdır, canımdır

Bu dünyada əzəl-axır

İlk və son ünvanımdır

Uca binası, Qız qalası

Bir-biri ilə üzbəüz

Yaşlı-cavan küçələri

Ayna kimi tərtəmiz

Hara baxıram, o, yaraşıqdır

O, gur işıqdır, Bakımdır

Sabaha baxan tariximdir

Yaddaşımdır, Bakımdır

Hara baxıram, o, yaraşıqdır

O, gur işıqdır, Bakımdır

Sabaha baxan tariximdir

Yaddaşımdır, Bakımdır

Elə bilirəm, sirdaşımdır

Qardaşımdır, canımdır

Bu dünyada əzəl-axır

İlk və son ünvanımdır

Uca binası, Qız qalası

Bir-biri ilə üzbəüz

Yaşlı-cavan küçələri

Ayna kimi tərtəmiz

Hara baxıram, o, yaraşıqdır

O, gur işıqdır, Bakımdır

Sabaha baxan tariximdir

Yaddaşımdır, Bakımdır

Hara baxıram, o, yaraşıqdır

O, gur işıqdır, Bakımdır

Sabaha baxan tariximdir

Yaddaşımdır, Bakımdır

Hara baxıram, o, yaraşıqdır

O, gur işıqdır, Bakımdır

Sabaha baxan tariximdir

Yaddaşımdır, Bakımdır

Hara baxıram, o, yaraşıqdır

O, gur işıqdır, Bakımdır

Sabaha baxan tariximdir

Yaddaşımdır, Bakımdır